AZ

200 illik bənd çöküb, qayıqlar çuxura düşüb

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

İngiltərənin Qərbi Midlends bölgəsindəki Şropşir kanalında “bənd çökməsi” nəticəsində nəhəng çökəklik əmələ gəlib. Səlahiyyətlilər baş verən çökmənin kanaldakı suyun yaxınlıqdakı sahəyə axmasına və kanalda dərin çökəkliyin yaranmasına səbəb olduğunu bildiriblər.

Reyting.az xəbər verir ki, çökəklik təxminən 4 metr dərinlikdədir və çoxsaylı qayıqlar ora düşüb.

Yanğından Mühafizə və Xilasetmə Xidməti ərazidə işləyir, 15 nəfər təhlükəsiz şəkildə hadisə yerindən çıxarılıb.

Qeyd edək ki, uçan bənd süni olub və və 200 il əvvəl kanalın kənarlarını dəstəkləmək və daşqınların qarşısını almaq üçün tikilib.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
reyting.az

1Mənbələr