
Rusiyanın Xalq Artisti Vera Alentova 83 yaşında vəfat edib.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Puşkin Teatrının mətbuat xidməti məlumat yayıb .
"Böyük bir faciə baş verdi... Vera Valentinovna vəfat etdi. O, 60 il Puşkin Teatrında çalışıb. Kədərimiz sonsuzdur", - mədəniyyət müəssisəsinin saytında dərc olunmuş mətndə deyilir.
Qeyd edək ki, Alentova, 1981-ci ildə "Ən Yaxşı Xarici Dil Filmi" nominasiyasında Oskar mükafatına layiq görülən Vladimir Menşovun rejissorluğu ilə çəkilmiş "Moskva Göz Yaşlarına İnanmır" filmindəki baş rolundan sonra dünya şöhrəti qazanıb.İlahə Qənbərli
Missiya.Az