AZ

Google istifadəçilərə ünvanlarını dəyişməyə icazə verdi

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Google" şirkəti "Gmail" xidmətinin istifadəçilərinə imeyl ünvanlarını dəyişməyə imkan verən funksiya əlavə edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Google" xidmətlərinin dəstək səhifəsində bildirilir.

"Siz yeni ünvan seçə bilərsiniz. O, @gmail.com ilə bitməlidir", - deyə veb-saytda vurğulanıb.

Qeyd edilib ki, istifadəçi ildə bir dəfədən çox olmayaraq ünvanını dəyişə bilər.

Ünvanı dəyişdirdikdən sonra köhnə imeyl ünvanı ikinci dərəcəli, yeni ünvan isə əsas olacaq. Elektron məktub hər iki hesaba göndəriləcək. Bütün məlumatlar, o cümlədən imeyllər, fotoşəkillər və digər məlumatlar da qorunacaq. İstifadəçi istənilən vaxt köhnə ünvana qayıda biləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
2
cebheinfo.az

3Mənbələr