AZ

Uitaker: “Ukraynadakı münaqişə 90 gün ərzində həll edilə bilər”

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Rusiyanın enerji obyektlərinə hərbi hücumları səbəbindən qarşıdan gələn qış Ukrayna üçün olduqca çətin ola bilər”

“Ukraynadakı münaqişə əgər həll edilə bilsə, 90 gün ərzində həll edilə bilər”. AYNA.AZ “Fox News”a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

"Əgər münaqişə bitərsə, növbəti 90 gün ərzində bitə bilər ", - deyə o vurğulayıb.

O əlavə edib ki, Rusiyanın enerji obyektlərinə hərbi hücumları səbəbindən qarşıdan gələn qış Ukrayna üçün olduqca çətin ola bilər: "Lakin ukraynalılar da öz zərbələri üçün lobbiçilik edirlər. Bütün bunlara son qoyulmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
ayna.az

1Mənbələr