AZ

Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək

Yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında statistika üzrə olimpiada təşkil ediləcək.

Bu, "Azərbaycanda rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd edilib.

Bununla bağlı Dövlət Statistika Komitəsi və Elm və Təhsil Nazirliyi icraçı orqanlar təyin edilib. Bu barədə əsasnamə də hazırlanacaq.

Məqsəd yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin statistik savadlılığı və data analitikası ilə bağlı peşələrə marağını artırmaqdır.

Seçilən
14
5
tehsil.biz

10Mənbələr