Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, istifadəsi, topdan və pərakəndə satışına dair qadağa gələn il aprelin 1-dən qüvvəyə minəcək.
Bu, Milli Məclisin sabah keçiriləcək plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Milli Məclis dekabrın 19-da qanun layihəsini birinci oxunuşda qəbul edib və həmin redaksiyada qanun qəbul olunacağı halda 2026-cı il fevralın 1-dən qüvvəyə minəcəyi əksini tapmışdı.
Layihənin ikinci oxunuşunda isə bu müddət 2026-cı il 1 aprellə əvəzlənir.