ain.az, Apa.az portalına istinadən məlumat yayır.
Ermənistanın Baş nazir Nikol Paşinyanın Sankt-Peterburqa səfəri zamanı onun Rusiyadakı erməni icması ilə görüşünü pozmaq üçün cəhdlər olub.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası parlamentinin spikeri Alen Simonyana istinadən məlumat yayıb.
“Baş nazirin Rusiya Federasiyasına səfərinin və erməni icması ilə görüşünün uğursuz keçməsi üçün böyük səylər göstərildi. Lakin bu baş tutmadı və baş tutmayacaq”, - Simonyan sosial şəbəkədə yazıb.
O, Paşinyana qarşı mitinqə dəvət olunduğunu iddia edən sosial şəbəkə istifadəçisi ilə yazışmanı da paylaşıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.