AZ

Prezidentin təltif etdiyi idmançılar kimlərdir?

Xəbər verdiyimiz kimi, Pezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, onlar arasında bir sıra tanınmış idmançılar da var.

Bunlardan biri də Mövlud Mirəliyevdir. Cüdo üzrə olimpiya və dünya mükafatçısı, DİN İdman Cəmiyyətinin sədri, polkovnik-leytenant Mövlud Mirəliyevə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.

Eyni fəxri ada layiq görülənlərdən biri də sabiq şahmatçı İlahə Qədimovadır. Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi 2021-ci ildən bu vəzifəni icra edir.

Prezidentin fərdi təqaüdü verilən Tərlan Həsənov isə Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindəndir. Tərlan Həsənov 1980-ci ildə ümumittifaq dərəcəli hakim, 1989-cu ildə isə Əməkdar məşqçi adına layiq görülüb. O, son Olimpiya çempionu Hidayət Heydərovun müəllimidir.

Seçilən
38
2
publika.az

10Mənbələr