AZ

Eyni yerdə saxladıqda bir-birini tez çürüdən qidalar

Bir çox insan meyvə və tərəvəzləri rahatlıq üçün eyni qabda və ya eyni rəfdə saxlayır.

E-saglam.az xəbər verir ki, lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi məhsullar birlikdə saxlandıqda bir-birinin daha tez çürüməsinə səbəb olur. Bu isə həm qida israfına, həm də maddi itkilərə yol açır. Səbəb əsasən etilen adlı təbii qazdır. Alma, banan, armud, avokado və pomidor kimi bəzi meyvələr yetişmə prosesində etilen qazı ifraz edir. Bu qaz yaxınlıqda olan digər meyvə və tərəvəzlərin daha sürətlə yetişməsinə və qısa zamanda xarab olmasına səbəb olur.

Məsələn, alma ilə birlikdə saxlanan kahı, brokkoli, xiyar və ispanaq tez solur və çürüyür.

Banan pomidorun yanında saxlandıqda pomidor normaldan daha tez yumşalır və dadını itirir.

Avokado isə etilenə həssas tərəvəzlərlə birlikdə olduqda sürətlə qaralır.

Kartof və soğan da tez-tez eyni yerdə saxlanılan, lakin əslində bir-birinə uyğun olmayan məhsullardandır. Soğanın verdiyi rütubət kartofun tez cücərməsinə və xarab olmasına səbəb olur. Mütəxəssislər bu iki məhsulun ayrı, quru və sərin yerlərdə saxlanmasını tövsiyə edirlər.

Qida təhlükəsizliyi üzrə mütəxəssislər bildirirlər ki, meyvə və tərəvəzləri saxlayarkən onları etilen ifraz edənlər və etilenə həssas olanlar kimi ayırmaq vacibdir. Bu sadə qaydaya əməl etməklə məhsulların ömrünü uzatmaq, çürümənin qarşısını almaq və sağlam qidalanmanı qorumaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
6
e-saglam.az

1Mənbələr