AZ

“Çin-Azərbaycan ticarətinin miqyası genişlənməkdədir” - Lu Mey

Yazını böyüt
Yazını kiçilt

“İkitərəfli münasibətlərin yüksəlməsi fonunda Çin və Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığı sürətli inkişaf dinamikasına qədəm qoyub. Çin-Azərbaycan ticarətinin miqyası ardıcıl şəkildə genişlənməkdədir”.

Hafta.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafının yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, cari ilin yanvar–oktyabr ayları ərzində Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2,44 milyard ABŞ dollarına çatın ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,9 faiz çoxdur:

“Gözlənilir ki, ilin yekun göstəricisi yeni tarixi rekord müəyyən edəcək. Bu, ikitərəfli ticarət dövriyyəsinin ardıcıl üçüncü ildir rekord qırması deməkdir.

Çin Azərbaycanın ən böyük idxal mənbəyi və dördüncü ən iri ticarət tərəfdaşı mövqeyini qoruyub saxlayır. İki ölkə arasında investisiya, iqtisadi və texnoloji əməkdaşlıq daha da dərinləşməkdədir. Çin şirkətləri Azərbaycanda tikinti materiallarının istehsalı, pərakəndə ticarət, avtomobil istehsalı daxil olmaqla müxtəlif sahələrdə layihələri fəal şəkildə həyata keçirirlər”.

Azərbaycanda BYD zavodunda istehsal olunan 50 ədəd elektrik avtobusundan ibarət ilk partiya artıq uğurla təhvil verilib. Zavod cari ilin sonunadək 300 elektrik avtobusu istehsal etməyi və onları Bakı, Naxçıvan və Qarabağda istismara verməyi planlaşdırır ki, bu da Azərbaycan əhalisi üçün ekoloji təmiz nəqliyyat imkanlarını genişləndirəcək.

Yeni enerji sahəsində iki ölkə arasında əməkdaşlıq səmərəli şəkildə inkişaf edir. Bir neçə Çin şirkəti Azərbaycanla enerji sahəsində beş yeni layihənin həyata keçirilməsi üçün, o cümlədən günəş və külək elektrik stansiyalarını əhatə edən, ümumi quraşdırılmış gücü 1570 MVt olan əməkdaşlıq sənədləri imzalayıb. Bu layihələr tam istismara verildikdən sonra Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə elektrik istehsalı gücləri iki dəfə artacaq. Gözlənilir ki, Çin şirkətləri tərəfindən həyata keçirilən Azərbaycanın ilk iri miqyaslı külək enerjisi layihəsi bu il istifadəyə veriləcək. Bundan əlavə, Çin şirkətləri fərdi kapital hesabına Ələt Azad İqtisadi Zonasında gücü 3 QVt olan günəş panelləri istehsalı layihəsi inşa edəcəklər ki, bu da Azərbaycanın yüksək texnologiyalı emal sənayesinin inkişafı üçün geniş imkanlar açacaq”-diplomat diqqətə çatdırıb.

Vüsal Tağıbəyli

Seçilən
38
50
hafta.az

10Mənbələr