AZ

AYNA qəza ilə bağlı məlumat yaydı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Qaradağ rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

 

Dekabrın 25-də Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır. Araşdırmalarla müəyyən edilib ki, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla toqquşub.

 

Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək.

Tarix: 25 Dekabr 2025, 14:27   
Seçilən
76
3
pravda.az

4Mənbələr