AZ

Azərbaycanda innovasiya vəsahibkarlığı dəstəkləyən final təqdimatı uğurla başa çatdı

Bolt Azərbaycan və SUP VC əməkdaşlığı ilə həyata keçirilən “Bolt Accelerator” proqramının final mərhələsi olan Demo Day – Final Təqdimat Günü uğurla keçirilib. Radisson Hotel Baku-da baş tutan tədbirdə finalçı komandalar öz biznes ideyalarını münsiflər heyəti və geniş auditoriya qarşısında təqdim ediblər.

Avtosfer.az xəbər verir ki, tədbirdə ölkənin müxtəlif bölgələrindən olan sürücülər, kuryerlər, gənc sahibkarlar, startap həvəskarları, media nümayəndələri və investorlar iştirak edərək innovativ layihələrləyaxından tanış olublar. Demo Day iştirakçılar üçün həm ideyalarını nümayiş etdirmək, həm də yeni əməkdaşlıqlar qurmaq baxımından mühüm platforma rolunu oynayıb.

Ramil Məhərrəmov, Bolt Azərbaycan Əməliyyatlar meneceri:

“Bolt Accelerator proqramı ilə məqsədimiz sürücü və kuryer icmasını iqtisadi cəhətdən gücləndirmək, onların sahibkarlıq potensialını üzə çıxarmaqdır. Demo Day göstərdi ki, Azərbaycanda innovativ ideyalar və təşəbbüskar ruh güclüdür.”

Tədbirin gedişi

Demo Day proqramı qeydiyyat və şəbəkələşmə sessiyası iləbaşlayıb. Ardınca Bolt və SUP VC nümayəndələrinin açılış nitqləri səsləndirilib, proqramın mərhələləri və nəticələri təqdim olunub.

Daha sonra 20 finalçı komanda iki hissə üzrə çıxış edərək urban mobillik, logistika, EdTech ( təhsili texnologiya vasitəsilədaha effektiv, əlçatan və innovativ edən həllər və platformalar) və sosial təsir sahələrini əhatə edən biznes ideyalarını təqdim ediblər. Çıxışlardan  sonra münsiflər heyəti məsləhətləşməapararaq qalibləri müəyyən edib.

Münsiflər heyətinə Bolt-un Əməliyyatlar üzrə Baş meneceri Ramil Məhərrəmov, Əməliyyatlar üzrə Baş meneceri Fərid Əbdulzadə, BMU Texnopark direktoru, Vüsal Süleymanlı və“Qafqaz Ventures” şirkətinin nümayəndəsi, Samir Hacıbəyli daxil olub.

Qaliblər və layihələr

Bu il Azərbaycanda keçirilən Bolt Accelerator proqramının ümumi mükafat fondu 36 500 AZN təşkil edib. Qalib layihələr aşağıdakılardır:

● 1-ci yer – Abdulla Bəşiroğlu / “Stride” lahiyyəsi - 10.000 AZN 

- Fərdi müəllimlər üçün dərs, ödəniş və ünsiyyəti vahid platformada idarə edən ağıllı sistem

● 2-ci yer – Gülnar Kazımzadə / “Çöldəki Dayəm” - 7000 AZN

- Uşaqlar üçün təhlükəsiz taksi xidməti

● 3-cü yerlər - 4500 AZN:

- Mirhüseyn Cavadzadə / “YEDDİ” – kafe vərestoranlarda gün sonu yeməklərə endirim platforması

- Şirin Allahyarov / “Yelləncəklər” – uşaq parklarını ağıllı və təhlükəsiz oyun məkanlarına çevirən həll

- Etibar Əliyev / “SƏS” – asılılıqla mübarizəyə yönəlmiş sosial dəstək platforması

● 4-cü yerlər - 3000 AZN:

- Vəfa Əsgərova / “Lady Drive” – qadınlar üçün taksi xidməti

- Vaqif Hüseynov / “CityCars” – avtomobil parklarını müştərilərlə birləşdirən platforma

SUP VC-nin İcraçı Direktoru Rəşad Eyvazov bildirib:

“Bolt Accelerator Demo Day Azərbaycanda güclü ideyalar vəböyük potensialın mövcud olduğunu bir daha göstərdi. SUP VC olaraq erkən mərhələli sahibkarları resurs, mentorluq və şəbəkəilə dəstəkləyərək dayanıqlı bizneslərin formalaşmasına töhfəveririk. Bolt ilə əməkdaşlığımız innovasiya ekosisteminin inkişafına real dəyər qatır.”

1-ci yerin qalibi Abdulla Bəşiroğlu isə qeyd edib:

“Bolt Accelerator proqramı mənim üçün ideyanı real biznes modelinə çevirmək baxımından böyük imkan yaratdı. Aldığımızmentorluq, bilik və dəstək Stride layihəsinin gələcək inkişafı üçün möhkəm əsas oldu. Bu proqram gənc sahibkarlar üçün əvəzolunmaz təcrübədir.”

Proqram haqqında

Bolt Accelerator, Bolt-un qlobal Urban Fund təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir və sürücü və kuryerlərin iqtisadi imkanlarının artırılmasına, innovativ biznes ideyalarının dəstəklənməsinə yönəlib. Proqram Nigeriya, Keniya, Qana, Cənubi Afrika və Avropada uğurla icra olunaraq 30-dan çox biznes ideyasının reallaşmasına dəstək verib.

 

Seçilən
36
5
avtosfer.az

7Mənbələr