AZ

ABŞ-nin Azərbaycandakı Səfirliyi təyyarə qəzasında həyatını itirənlərin anım günü ilə bağlı başsağlığı verib

Bakı, TurkicWorld

Bu gün Azərbaycan Hava Yolları aviaşirkətinin 8243 saylı reysi zamanı həyatını itirənləri anırıq və Kapitan İqor Kşnyakin, Birinci Pilot Aleksandr Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyevanın qəhrəmanlığını unutmadıq.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi sosial media hesabında paylaşım edib.

"Onların gördükləri tədbirlər daha çox günahsız insanın həyatını itirməsinin qarşısını aldı. Amerika Birləşmiş Ştatları adından həyatını itirmiş 38 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciədən sağ çıxanlara isə səmimi qəlbdən ən xoş arzularımızı çatdırırıq", paylaşımda qeyd olunub.

Seçilən
21
16
turkic.world

10Mənbələr