Bakı.Trend:
Ərazisi 13 hektardan çox Ağdam şəhərində istifadəyə verilən 2-ciyaşayış kompleksində 11 məhəllə var.
Trend xəbərverir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdam,Füzuli vəXocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətininictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri vəzifələrini icra edənFidan Məmmədli bildirib.
O qeyd edib ki, ikinci kompleksdə 60 bina inşa edilib.
"Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı,154-ü dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil var. Dekabrdaburaya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cıilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər)köçürüləcək".
F.Məmmədli qeyd edib ki, binalar daimi su, elektrik və sürətliinternet xətləri, mənzillər isə istilik və isti su ilə təminedilib.
"Kompleksin ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərigörülüb, uzunluğu 5 kilometrə yaxın olan daxili yollar çəkilib,idman və uşaq oyun meydançaları, velosiped zolağı, yerüstü və 1218yerlik yeraltı avtomobil dayanacaqları yaradılıb".
Qeyd edək ki, dövlətimizin başçısı bu kompleksin təməlini2023-cü ildə qoyub. Prezident İlham Əliyev və Birinci xanımMehriban Əliyeva bu ilin fevralında kompleksdə görülən tikintiişlərinin gedişi ilə tanış olublar.