AZ

Kaliforniyada daşqınlar səbəbindən 6 bölgədə fövqəladə vəziyyət elan edilib

Kaliforniyada

Kaliforniyada yağan güclü yağışlar daşqınlara səbəb olub, yaşayış məntəqələrini su basıb və altı bölgədə fövqəladə vəziyyət elan edilib.

Xalqcebhesi.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında yağan güclü yağışlar daşqınlara səbəb olub.

Xilasetmə qrupları suyun səviyyəsinin artdığı ərazilərdəki bəzi evləri təxliyə edib. Fırtına səbəbindən 165 mindən çox ev elektriksiz qalıb.

Kaliforniya qubernatoru Qevin Nyusom Los-Anceles, Oranj, Riversayd, San Bernardino, San Dieqo və Şastada fövqəladə vəziyyət elan edib.

Güclü yağış və fırtınanın sabaha qədər davam edəcəyi gözlənilir.

Məryəm Quliyeva

Seçilən
28
1
xalqcebhesi.az

2Mənbələr