AZ

Mərkəzi xəstəxanaya yeni direktor müavini təyin olundu

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında direktorun yeni cərrahi xidmətlər üzrə müavini kollektivə təqdim olunub.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında direktorun cərrahi xidmətlər üzrə yeni müavini Nazim Kəlbiyevin kollektivə rəsmi təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Nuridə Məmmədova yeni təyin olunan direktor müavininin uzunmüddətli tibbi təcrübəyə, xüsusilə cərrahiyyə sahəsində peşəkarlığa malik olduğunu vurğulayıb. Bildirilib ki, bu təyinat xəstəxanada cərrahi xidmətlərin təşkilinin daha da təkmilləşdirilməsinə, əməliyyat proseslərinin optimallaşdırılmasına və pasiyent məmnuniyyətinin artırılmasına xidmət edəcək.

Mərkəzin həkim-cərrahı Ağabala Kəlbiyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsi regionun ən vacib və yüklü tibbi bölmələrindən biri olduğunu vurğulayaraq, Nazim Kəlbiyevin bu məsuliyyəti uğurla, layiqincə yerinə yetirəcəyini bildirib.

Yeni təyin olunan müavin, ona göstərilən etimada görə hər kəsə öz təşəkkürünü bildirib. Cərrahi xidmətlərin keyfiyyətli təşkili və komanda ruhunun gücləndirilməsi istiqamətində səylə çalışacağını qeyd edib.

Tədbirdə iştirak edən tibb işçiləri və şöbə rəhbərləri də yeni direktor müavininə fəaliyyətində uğurlar arzulayıblar.

Seçilən
36
nocomment.az

1Mənbələr