ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dekabrın 25-nə keçən gecə dron hücumu nəticəsində Krasnodar diyarının Temryuk limanında ki neft məhsulları saxlama tankeri alovlanıb.
“AzPolitika” bildirir ki, bu barədə regional operativ qərargah məlumat yayıb.
Əldə olunan ilkin məlumatlara görə, yanğının ümumi sahəsi təxminən 2 min kvadratmetr təşkil edir. Həmçinin hadisə zamanı Nikolaevka kəndindəki Şçerbinovski rayonunda yerləşən bir müəssisənin bir neçə istehsal binası və kənd təsərrüfatı texnikası zədələnib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dekabrın 25-nə keçən gecə Ukraynanın 170 dronunu vurduğunu açıqlayıb. Nazirliyin məlumatına görə, Krasnodar üzərində yeddi dron vurulub, ən çox dron isə Bryansk vilayətində məhv edilib. Moskva meri Sergey Sobyanin isə bildirib ki, Moskvaya uçan səkkiz dron vurulub.
Ukrayna tərəfi hələlik Temryuk şəhərinə edilən hücumu şərh etməyib.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.