AZ

Xankəndi stadionunun təmirində qanun pozulub

Gənclər və İdman Nazirliyi ilə Xankəndi şəhər stadionununun təmiri üçün satınalma müqaviləsi bağlayan "Planet Construction" MMC bu işin icrası zamanı əmək qanunvericiliyinin tələblərini pozub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, nazirliklə 9 milyon 918 674 manatlıq tender müqaviləsi bağlayan şirkət Xankəndi şəhər stadionunun tikintisində işçiləri əmək müqaviləsi olmadan işlədib.

Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilib.

Məhkənin qərarı ilə "Planet Construction” şirkəti 20 min manat məbləğində cərimələnib.

Seçilən
35
8
publika.az

9Mənbələr