AZ

Xanəndə: Ərimlə aramızda olan ikimizə aiddir

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

"Övladlarımın atası ilə münasibətləri çox yaxşıdır".

"Cebheinfo.az" xəbər verir ki, bunu Xanəndə Nişanə Baxışova deyib.

O bildirib ki, hazırda ərindən ayrı olsa da, övladları daima onunla ünsiyyətdədir.

"Övladlarımın atası ilə münasibətləri çox yaxşıdır. Bütün ailələrdə söz-söhbət həmişə olur. Buna baxmayaraq demişəm ki, ata nə deyirsə, odur. Özü də bunu təsdiqləyə bilər. Gündə 2 dəfə övladlarını yığıb maraqlanır.

Balaca oğlum Abbas bir az dəcəldir, telefonu açmamışdı. Deyir, atama nə demisən ki, məni danlayır. Kimə deyim bəs? Atadan qorxmaq, çəkinmək lazımdır. Övladlarıma demişəm ki, atanızla aramızda olanlar ikimizə aiddir. Siz gözünüzü açıb necə görmüsünüzsə, elə də davam edin. O elə bir yerdədir ki, istəsək belə, bir yerdə yaşaya bilmərik. İnşallah, sağ-salamat övladlarının üstünə gəlsin. Mənə iş-güclə çətindir. Nə qədər yaxşı valideyn olsam da, atanın yerini vermir".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
5
cebheinfo.az

6Mənbələr