AZ

"Okean" restoranı sudan qanunsuz istifadə edirmiş

 

Sabunçu rayonu, Balaxanı-Binəqədi yolunda yerləşən "Okean" restoranı cərimələnib.

 

Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən sözügedən restoranda yoxlama aparılıb.

 

Nəticədə "Okean" restoranının su təchizatı şəbəkəsinə qanunsuz qoşulduğu faktı aşkarlanıb. Restoranı icarəyə götürüb işlədən 1991-ci il təvəllüdlü Bakı sakini V.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

 

Sahibkar ifadəsində deyib ki, su sayğacından kənar qeyri-qanuni xətt tərəflərindən istifadə olunub. Aşkar olunan halın ona qanun pozuntusu olduğu izah edilib, həmin qanunsuz xətti dərhal ləğv edəcək. O, bir daha belə hallara yol verməyəcəyinə söz verib.

 

Məhkəmənin hökmü ilə restoran rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1000 manat məbləğində cərimə edilib.

Tarix: 25 Dekabr 2025, 12:47   
Seçilən
22
2
pravda.az

3Mənbələr