AZ

Opera və Balet Teatrının təqdimatında Qu gölü baleti Fransanın Nitsa və Belorus Böyük teatrının aparıcı solistləri tərəfindən ifa olundu FOTO

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Akademik Opera və Balet Teatrının təqdimatında Heydər Əliyev Sarayında dünya balet sənətinin ən məşhur incilərindən biri olan Pyotr Çaykovskinin əsrarəngiz "Qu gölü" baleti Fransanın "Nitsa" Opera teatrının və Belorus Respublikasının Böyük teatrının aparıcı solistləri tərəfindən ifa olundu. 

Klassik balet janrında olan tamaşa 3 pərdədən və 4 şəkildən ibarət idi.

Odetta - Odiliya obrazını Fransanın "Nitsa"  teatrının aparıcı solisti, Belorusiyanın Əməkdar artisti Yekaterina Oleynik, Ziqfrid obrazını Belorus Respublikasının "Böyük teatr"ının aparıcı   solisti Konstantin Beloxvostik,  Rotbart obrazını - Ağamir Mirzəyev,  Təlxək obrazını - Mir Aydın Abdullayev, Pa-de-trua - Ayan Eyvazova, Liana Praqa, Timur Oduşev, balaca qu quşları Yuliya Ferştandt, Leyla Narimanidze, Səbinə Hacıdadaş, Dinara Məmmədova, böyük qu quşları -  Əməkdar artist Elmira Süleymanova, Liana Praqa, Səbinə Məmmədova, hökmlü şahzadə qadın obrazını - Larisa Semyonova, hami obrazını isə İqor Kuznetsov ifa edirdilər. 

Tamaşanın quruluşçu baletmeysterləri - Marius Petipa, Lev İvanov, redaksiyası isə Aleksandr Qorskiy və SSRİ Xalq artisti Qəmər Almaszadəyə aiddir. Tamaşanın repititorları - Xalq artisti Mədinə Əliyeva, Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artist Yuriy Lobaçevdir. Dirijor Xalq artisti Cavanşir Cəfərov, tamaşanı idarə edən isə Əməkdar artist Yuriy Lobaçev idi. Konsertmeyster Züleyxa Usubova, tamaşanın rəssamı isə Azərbaycan SSR-in Əməkdar rəssamı Ənvər Almaszadədir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
5
news.milli.az

6Mənbələr