AZ

NATO, Rusiya bombardmançılarını müşayiət etmək üçün qırıcıları havaya qaldırıb

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Rusiya Aerokosmik Qüvvələrinin Tu-95MS strateji bombardmançı təyyarələri Barents və Norveç dənizlərinin neytral suları üzərində planlaşdırılmış uçuş həyata keçirib.

Xalqcebhesi.az "Mirror"a istinadən xəbər verir ki, NATO uçuşun müəyyən mərhələlərində Rusiya təyyarələrini müşayiət etmək üçün qırıcı təyyarələri havaya qaldırıb.

Qeyd etmək lazımdır ki, Norveç dənizi Norveç, İslandiya və Şotlandiya arasında yerləşir. Qərbdə "Ayılar" kimi tanınan Tu-95MS təyyarələri 1950-ci illərdə hazırlanmışdır və Rusiyanın nüvə triadasının bir hissəsi olaraq qalır.

Bu pervaneli bombardmançı təyyarələr dünyada unikaldır. Onlar qanadlı raketlər daşımaq qabiliyyətinə malikdir və Ukraynadakı hədəfləri vurmaq üçün istifadə olunub.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
2
icma.az

3Mənbələr