AZ

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayevdən  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli İlham Heydər oğlu.

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımı bildirir, doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırıram.

Bu əlamətdar gündə Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və rifah arzu edirəm.

Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan Respublikası dinamik iqtisadi artımı, institusional islahatları və fəal xarici siyasəti özündə ehtiva edən inkişaf kursunu davam etdirir. Bütün sahələrdə əldə edilən nailiyyətlər ölkənin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, regional və qlobal səviyyələrdə nüfuzunun möhkəmləndirilməsi üçün möhkəm təməl yaradır.

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi Azərbaycanın tərəqqisi və əməkdaşlığın çoxsaylı sahələr üzrə, o cümlədən nəqliyyat sektorunun təkmilləşdirilməsi istiqamətində göstərdiyiniz səyləri dərin hörmətlə qeyd edir. Fürsətdən istifadə edərək, Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin bütün iştirakçı ölkələrinin mənafeyi naminə “TRACECA”nın fəaliyyətinə Azərbaycan Respublikasının göstərdiyi dəstəyə görə səmimi minnətdarlığımızı bildirirəm.

Zati-aliləri, Sizi bir daha təbrik edir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

 Asset Assavbayev

“TRACECA” Hökumətlərarası Komissiyasının

Daimi Katibliyinin Baş katibi

Seçilən
14
azerbaijan-news.az

1Mənbələr