Bu gün gecə saatlarında paytaxtın Səbail rayonu, Xəqani küçəsində, Sahil bağının yaxınlığında avtomobillərdən birində yanğın olub.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Dərhal ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik təmin edilib və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.