Bakı. Trend:
Dekabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Trend MilliHidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda vəAbşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimal var.Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.Atmosfer təzyiqi 769 mm civə sütununu 760 mm civə sütununa enəcək.Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılıolacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Axşamadoğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdəarabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5dərəcə isti olacaq.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalıvar.