Azərbaycanda həyat yoldaşı tərəfindən döyülən kişiyə mühafizə orderi verilib.
Ölkə.Az xəbər verir ki, bu barədə hüquqşünas Toğrul Allahyarov danışıb.
“Həyat yoldaşı kişiyə qarşı uzun illərdir mütəmadi olaraq şiddət göstərirdi. Nəzərinizə çatdırım ki, xanım idmançıdır və həyat yoldaşını mütəmadi olaraq işgəncələrə, məişət zorakılığının qurbanına çevirmişdi. Bununla bağlı olaraq biz aidiyyəti üzrə icra hakimiyyətinə (İH) müraciət etdik və İH tərəfindən qısa müddətli mühafizə orderi verilmişdi. Həmin mühafizə orderinin müddəti bitəndən sonra biz uzunmüddətli mühafizə orderinin verilməsi çün aidiyyəti üzrə məhkəməyə müraciət etdik”,- deyə o söyləyib.
Billurə