AZ

Bakıda iki avtobus toqquşdu - Ölənlər və yaralananlar var

Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Qurumdan Missiya.Az-a bildirilib ki, bu gün saat 09:00-da Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.

Belə ki, "Suzuki" markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtobusla toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.

Seçilən
27
19
missiya.az

10Mənbələr