Aktual.az Mərkəzi Banka istinadən xəbər verir ki, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Kağız pul nişanının üzərində həmçinin "2025” istehsal ili əks olunub.
Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Qeyd edək ki, yenilənmiş 50 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
Pulun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.
