AZ

''Lion''un əfsanəsi Endrikin transferinə təmkinli yaxınlaşdı

Məlum olduğu kimi ''Real'' Endriki 1 milyon avro qarşılığında mövsümün sonuna qədər ''Lion''a icarəyə verib. Madrid nəhəngində demək olar, şans qazanmayan gənc braziliyalı forvard Fransada özünü göstərməyə və DÇ-2026-ya yollanmağa çalışacaq. Onun illik 5 milyon avroluq maaşının yarısını ''Real'' ödəməkdə davam edəcək. Bu arada ''Lion''un tarixində iz buraxmış isimlərdən olan Sidney Qovu bu transferə münasibət bildirib. O, təmkinli açıqlamalar verərək bunları deyib: ''Qış transfer dönəmində məşqçilər diqqətli olmalıdı. Xüsusən də yaxşı sistemə malik olan klublarda. Çünki yeni transferlər sistemi çox tez sındıra bilər. Yeni alınan hücumçu daha çox qol vura bilər. Amma hazırda heyətdə Martin Satriano kimi müdafiəyə yardım edən bir forvard var. Yeni gələn futbolçu onun qədər meydanda iş görəcəkmi? Ümumiyyətlə, qış transfer dönəminin komandanın balansına fayda verdiyinə inanmıram. Yalnız hansısa futbolçu ağır zədə alaraq uzun müddətə sıradan çıxırsa, o zaman həqiqətən qış transfer dönəmi faydalı ola bilər. Endrik sözsüz ki, yaxşı futbolçudu. Amma onun haqda informasiyamız o qədər də zəngin deyil. Ehtiyat futbolçu öz klubunda oynamaq şansı qazanmırsa, deməli ortada bir problem var. Endrikin həm də fərdi hədəfləri var. Onun bu hədəfləri ''Lion''un hədəfləri ilə üst-üstə düşməyə bilər. Məni narahat edən də məhz budu''.

Seçilən
33
football-plus.az

1Mənbələr