“Milli Məclisin yenidən seçilmə ehtimalı 90 faizdir, 8 deputat mandatını itirəcək”
News365.az xəbər verir ki, TV365 kanalının efirində qonaq olan astroloq Səbuhi Rəhimli 2026-cı ildə Azərbaycanın siyasi gündəmi ilə bağlı astrologiyaya əsaslanan proqnozlar səsləndirib.
Astroloq bildirib ki, gələn il Milli Məclisin yenidən seçilməsi ehtimalı yüksəkdir və bunu konkret rəqəmlə ifadə edib:
“Ehtimal 90 faizdir. 50 faizdən aşağı proqnozları açıqlamıram, çünki əminlik olmayan yerdə fikir bildirmək düzgün deyil.”
Səbuhi Rəhimli vurğulayıb ki, referendum gözlənilmir və 2026-cı ildə belə bir proses astrologiya xəritələrində görünmür.
Onun iddiasına görə, növbəti seçki mərhələsində 8 nəfər deputat mandatını itirəcək, ümumilikdə isə 8–10 arası millət vəkili Milli Məclisdən gedəcək. Daha sonra astroloq rəqəmi dəqiqləşdirərək bildirib ki, 8 nəfər deputat Milli Məclisi tərk edəcək.
Astroloqun bu açıqlamaları elmi-siyasi fakta deyil, astrologiya proqnozlarına əsaslanır və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.