AZ

“Günahkar mənəm” – Adil Şükürov

“Futbolda belə şeylər var. Böyük klublar belə heç kimin gözləmədiyi anda məğlub olur”.

Bu sözləri İdmanxeber.az saytına “Səbail”in baş məşqçisi Adil Şükürov “Şimal” məğlubiyyəti (3:4) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Bu nəticədə əsas günah məndədi. Səhvi özümdə görürəm. Komandanı lazımınca  oyuna kökləyə bilmədik. Fiziki, mental, taktiki olaraq heç bir problem yoxdur. Sadəcə psixoloji olaraq matça köklənə bilmədik. Başqa bir şey yox idi”.

Şükürov qarşıdan gələn transfer dönəmi barədə də danışıb. O, komandanın güclənməyə ehtiyacı olduğunu bildirib:

“Transferər düşünürük. Bir-iki günə rəhbərliklə görüşüb danışacağıq. Müzakirə aparıb təkliflərimizi verəcəyik. Bundan sonra yekun qərar veriləcək”.

Xatırladaq ki, “Səbail” Azərbaycan I Liqasında 22 xalla 3-cü pillədə qərarlaşıb.

Seçilən
27
idmanxeber.az

1Mənbələr