“Neftçi” heyətini daha bir əcnəbi oyunçu ilə gücləndirə bilər.
Apasport.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, “ağ-qaralar” Ukraynanın "Polesya" klubunun mərkəz müdafiəçi Danilo Beskorovaynı ilə maraqlanır.
Jitomir təmsilçisi onun üçün təklifləri qəbul etməyə hazırdır.
Danilo daha əvvəl 2024-cü ildə “Krivbass”da Yuri Vernidubla çalışıb. Vernidub indi sabiq tələbəsini “Neftçi”yə gətirmək niyyətindədir.
Müdafiəçi bu mövsüm 9 oyuna çıxıb. “Transfermarkt”da dəyəri 600 min avro olan futbolçu Ukraynanın U-20 yığmasının da formasını geyinib.
“Səbail” autsayderə uduzdu
“Qarabağ”ın futbolçusu oyuna çıxmaqdan imtina etdi - EKSKLÜZİV
Millinin üzvü “Qarabağ”a təklif olunub
Seymur Məmmədov mükafatlandırılıb
Azərbaycan 2-ci Liqasının ən yaxşı bombardirləri müəyyənləşib