“Neftçi” ukraynalı futbolçu ilə maraqlanır.
Offsideplus.az “TaToTake” portalına istinadən xəbər verir ki, “ağ-qaralar” Ukraynanın "Polesya" klubunda forma geyinən Danilo Beskorovaynı heyətinə cəlb etmək istəyir.
26 yaşlı müdafiəçi "Neftçi"nin hazırkı məşqçisi Yuri Vernidubun rəhbərliyi altında "Krivbas"da oynayıb.
Qeyd edək ki, Beskorovayn zədələr səbəbindən mövsüm ərzində cəmi dörd oyunda meydana çıxıb. Futbolçunun “Polesye” ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir.