AZ

Övladımın bütün arzuları yarım qaldı - Aleksandr Kalyaninovun anası

"Hamı kimi oğlumun da arzuları var idi. Adi insanların dilədiklərini Aleksandr da arzulayırdı".

Day.Az xəbər verir ki, bu sözləri AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin şəhid pilotlarından biri, Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova deyib.

O bildirib ki, oğlunun həyatla bağlı planları yarımçıq qalıb:

"Övladlarını böyütmək, ailə qurmaq, normal bir həyat yaşamaq istəyirdi. Amma övladımın bütün arzuları yarım qaldı",- deyə Milli Qəhrəmanın anası əlavə edib.

Seçilən
35
3
day.az

5Mənbələr