Təyyarə qəzasında həyatlarını itirənlərlə Azərbaycan xalqı, dünya azərbaycanlıları fəxr edir..
Poliqon xəbər verir ki, bunu AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Milli Qəhrəman Hökümə Əliyevanın həyat yoldaşı Etibar Əliyev deyib.
"Bu gün təyyarə qəzasının bir ili tamam oldu. İtirdiyim yoldaşımdan uzaq qalmışam. Yaşadıqca itirdiyimiz əzizlərimizə və axirətə yaxınlaşırıq", - deyə o qeyd edib.
Etibar Əliyevin sözlərinə görə, Milli Qəhrəmanın ailəsi inanır ki, qəzaya səbəb olan cinayətkarlar ifşa ediləcək və məsuliyyətə cəlb olunacaqlar.
Poliqon.info