AZ

Bruce Willis-in ailəsi mühüm QƏRAR VERDİ

Ajans.az xəbər verir ki,bu barədə aktyorun həyat yoldaşı Emma Heming Willis məlumat verib. Emma Heming Willis-in sözlərinə görə, Bruce Willis-ə 2022-ci ildə frontotemporal demans diaqnozu qoyulduqdan sonra ailə bu addımı atmağa qərar verib. O bildirib ki, məqsəd bu xəstəliyin elmi baxımdan daha dərindən öyrənilməsinə töhfə verməkdir. “Bu, son dərəcə çətin bir qərardır. Lakin frontotemporal demansın daha yaxşı anlaşılması və gələcəkdə digər insanlar üçün müalicə imkanlarının genişlənməsi naminə bunu vacib hesab edirəm”, – deyə Emma Heming Willis qeyd edib.

Qeyd edək ki, frontotemporal demans beyin hüceyrələrinin tədricən məhv olması ilə xarakterizə olunan nevroloji xəstəlikdir. Xəstəlik adətən şəxsiyyət və davranış dəyişiklikləri, nitq pozğunluqları və idrak funksiyalarının zəifləməsi ilə müşayiət olunur.

Seçilən
31
Ajans.az

1Mənbələr