AZ

Ölkədə uçot dərəcəsi son 4 ilin minimum səviyyəsində və neytraldır

525.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda uçot dərəcəsi son 4 ilin minimum səviyyəsindədir və neytral faiz dərəcəsinə yaxındır.

525.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

"2025-ci ildə pul siyasətinə dair qərarlar makroiqtisadi proqnozlar, inflyasiyanın risk amillərində baş verən dəyişikliklər, valyuta bazarındakı vəziyyət və xarici ölkələrdə faizlərin azaldılması üzrə gözləntilər nəzərə alınmaqla verilib. Dövr ərzində faiz dəhlizi parametrləri öncədən nəzərdə tutulmuş qrafik üzrə 8 dəfə müzakirə edilib. AMB-nin İdarə Heyətinin pul siyasətinə həsr edilmiş 6 iclasında uçot dərəcəsinin sabit saxlanılması, 2 iclasında isə azaldılması barədə qərar qəbul edilib. Ümumilikdə cari il ərzində pul siyasəti yumşaldılıb, uçot dərəcəsi 7,25 %-dən 6,75 %-ə, faiz dəhlizinin yuxarı həddi 8,25 %-dən 7,75 %-ə, dəhlizin aşağı həddi isə 6,25 %-dən 5,75 %-ə endirilib", - deyə məlumatda xatırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
4
525.az

5Mənbələr