AZ

DİN-dən onlayn alış-verişlə bağlı xəbərdarlıq » AzadMedia.az


Daxili İşlər Nazirliyi Yeni il ərəfəsində kiberdələduzluq hallarının artması ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Bildirilib ki, sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında “onlayn mağaza” adı altında fəaliyyət göstərən bəzi səhifələr vasitəsilə vətəndaşlar aldadılır.
Məlumata görə, bu səhifələr “bayram endirimi”, “məhdud sayda məhsul”, “yalnız bu gün” kimi cəlbedici elanlarla diqqət çəkir. Öncədən ödəniş edildikdən sonra isə məhsullar göndərilmir, səhifələr bağlanır və ya əlaqə tamamilə kəsilir.
DİN vətəndaşlara tanınmayan və etibarlılığı şübhə doğuran səhifələrdən alış-veriş etməməyi, məhsulu görmədən əvvəlcədən ödəniş etməməyi, bank kartı məlumatlarını üçüncü şəxslərlə paylaşmamağı tövsiyə edir. Alış-veriş zamanı yalnız rəsmi və təhlükəsiz ödəniş sistemlərinə üstünlük verilməlidir.
Nazirlik sosial şəbəkələrdə daha diqqətli olmağı, şübhəli elanlarla qarşılaşdıqda isə dərhal polisə müraciət etməyi xahiş edir.
Seçilən
25
1
azadmedia.az

2Mənbələr