"Höküməsiz keçən bir ili təsvir belə edə bilmərəm. İllər keçsə də dərdimiz bizimlə yaşayacaq. İçimizdə yanğın, qasırğa, tufan hansı hiss axtarsanız var".
Publika.az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib.
O bildirib ki, Hökümənin ən böyük arzusu Kəlbəcərdən ev almaq olub.
"Qismət elə gətirdi ki, cənab Prezident İlham Əliyev özü ailəmizə Kəlbəcərdə evin açarlarını təqdim etdi. Hazırda özüm Samuxda yaşayıram, oğlum isə ailəsi ilə birlikdə Kəlbəcərdə həmin evdə yaşayır. Oğlum Kəlbəcərdə DOST mərkəzində çalışır".
C.Əliyev qeyd edib ki, torpaqlarımız işğal olunduqdan sonra ailəlikcə Rusiya və Azərbaycanın müxtəlif ərazilərində yaşayıblar: