AZ

Yaponiya Rusiyadan Kuril adalarında balıq tutmağa və məzarların ziyarəti üçün icazə istəyir

Yaponiya Moskvada Rusiya XİN və Balıqçılıq Agentliyi ilə danışıqlar aparacaq...

Poliqon xəbər verir ki, Yaponiya parlamentinin yuxarı palatasının deputatı Muneyo Sudzuki Moskvaya səfər edərək Rusiya Xarici İşlər Nazirliyi və Rusiya Balıqçılıq Agentliyinin rəhbərliyi ilə görüşlər keçirmək niyyətindədir. Məqsəd Kuril adalarında yerləşən yapon məzarlığlarına yaxınlarının ziyarətini bərpa etmək və adalar ətrafında birgə iqtisadi fəaliyyətin yenidən təşkili imkanlarını müzakirə etməkdir.

Deputatın ofisindən "RİA Novosti" Agentliyinə verilən məlumata görə, Sudzuki Rusiya balıqçılıq agentliyinin rəhbərliyi və keçmiş Yaponiyadakı səfir, indi nazir müavini olan Mixail Qaluzin ilə görüşlər aparacaq. Görüşlərin dəqiq vaxtı hələ müəyyən edilməyib, lakin agentliyin nümayəndəsi məsələnin demək olar ki, həll olunduğunu bildirib.

Muneyo Sudzuki siyasətdə 40 ildən artıq fəaliyyət göstərir və Rusiya ilə münasibətlərin inkişafı, eləcə də sülh müqaviləsinin imzalanmasının vacibliyi barədə dəfələrlə bəyanatlar verib. O, mərhum baş nazir Şinzo Abe ilə sıx məsləhətləşmələr aparıb və iki ölkə arasında əlaqələrin intensivləşməsində mühüm rol oynayıb. 2023-cü ildə Rusiyaya səfərindən sonra vətənində ostrakizmə məruz qalan Sudzuki Yaponiya Yenilənmə Partiyasını tərk edərək hazırda hakim Liberal-Demokratik Partiyaya keçib.

2021-ci ilin martında Yaponiya Rusiyaya qarşı sanksiyalara qoşulduqdan sonra Moskva sülh müqaviləsi üzrə danışıqların dayandırıldığını, Yaponiya vətəndaşlarının Cənubi Kuril adalarına vizasız səfərlərinin qadağan olunduğunu və adalarda birgə iqtisadi fəaliyyət dialoqundan çıxdığını elan edib.

Poliqon.info

Seçilən
58
poliqon.info

1Mənbələr