AZ

Hökumə Əliyevanın həyat yoldaşı: Onlarla bütün dünya azərbaycanlıları fəxr edir

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Onlarla təkcə Azərbaycan xalqı deyil, bütün dünya azərbaycanlıları fəxr edir".

Oxu.Az-ın məlumatına görə, bunu bu gün II Fəxri xiyabanda Milli Qəhrəman Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev deyib.

O bildirib ki, Milli Qəhrəmanın ailəsi inanır ki, qəzaya səbəb olan cinayətkarlar ifşa olunacaq və məsuliyyətə cəlb olunacaqlar.

Qeyd edək ki, ötən il dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus "J2-8243" nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli təyyarə təcili eniş zərurəti ilə əlaqədar Aktau şəhəri istiqamətinə yönəldilib və şəhərdən 3 km aralıda qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər isə sağ qalıb.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
oxu.az

1Mənbələr