Bakı. Trend:
Cəlilabadda saxta alkoqollu içkilərin satışa çıxarıldığıaşkarlanıb.
Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumatverilib.
Məlumata görə, Cəlilabad rayonu, H.Əliyev prospekti, ev 9ünvanında Quliyev Füzuli Əvəz oğluna məxsus “055 şərab evi”mağazasında, rayonun Göytəpə şəhəri, F.Bayramov küçəsi, ev 87ünvanında Qurbanov Hikmət Əliağa oğluna məxsus “Məhəllə” marketdəvə Cəlilabad şəhəri, H.Əliyev prospektində Əliyev Akif Ağaxanoğluna məxsus “Yaşar” marketdə Qida Təhlükəsizliyi Agentliyininəməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanınormativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Bildirilib ki, yoxlama zamanı mənşəyi məlum olmayan saxtaalkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativtexniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcıqərar qəbul edilib.
Qeyd edilib ki, faktlarla bağlı inzibati protokol tərtib edilibvə nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Araşdırmalar davam etdirilir.