AZ

Ürək xəstələri pendir yeyə bilər?

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Qastroenteroloq Sergey Vyalov ürək xəstəlikləri diaqnozu qoyulmuş insanlara rasionlarına ənənəvi olaraq onlar üçün zərərli hesab edilən bir məhsulu daxil etməyi məsləhət görüb.

Redaktor.az xəbər verir ki, o, bu barədə şəxsi teleqram kanalında yazıb.

Həkimin sözlərinə görə, ürək xəstələri pendir yeyə bilərlər.

Vyalov bildirib ki, alimlər sübut ediblər: pendirin tərkibindəki kalsium və digər komponentlər yağ turşularının bir hissəsini bağlayaraq onların tam sorulmasının qarşısını alır.

“Bu isə tərkibində xolesterin və yağ olmasına baxmayaraq, ürək-damar xəstəlikləri riskini azaldır”, - deyə qastroenteroloq izah edib.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
redaktor.az

2Mənbələr