AZ

Ermənistan XİN: “Tramp Marşrutu”nun tikintisinə gələn il başlanması planlaşdırılır

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

“Tramp Marşrutu” (TRIPP) adlanan təşəbbüsün icrasının praktiki mərhələsi, o cümlədən tikinti işlərinə başlanması 2026-cı ilə planlaşdırılır.

APA xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” layihəsinin hüquqi bazasının formalaşdırılması və tənzimləmə mexanizmlərinin hazırlanması üzrə amerikalı tərəfdaşlarla intensiv danışıqlar aparır.

Qeyd edilib ki, Ermənistan–ABŞ birgə müəssisəsi olan “TRIPP Company” Ermənistanda qeydiyyatdan keçiriləcək və dəmir və avtomobil yolları, neft-qaz boru kəmərləri, eləcə də optik lifli rabitə xətləri daxil olmaqla zəruri infrastrukturun inkişafı hüququna malik olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
9
apa.az

10Mənbələr