AZ

Rusiyada qızıl istehsalı artıb

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiyada qızıl istehsalı noyabr ayında 5,6% artıb.

Banco.az xəbər verir ki, Rosstat-ın  (Federal Dövlət Statistik Xidməti) verdiyi məlumata görə, Rusiya noyabr ayında qızıl istehsalını (emal olunmamış, yarımemal olunmuş və ya toz halında) ötən ilin eyni ayı ilə müqayisədə 5,6% artırıb. Oktyabr ayı ilə müqayisədə bu rəqəm 14,7% azalıb.

Ümumilikdə, 11 ayın nəticələrinə əsasən, Rusiya Federasiyasında qızıl istehsalının həcmi ötən ilin eyni dövrünün nəticəsini 5,7% üstələyir.

Qeyd edək ki, “Rosstat” qızıl istehsalı ilə bağlı mütləq rəqəmləri dərc etmir.

Seçilən
28
banco.az

1Mənbələr