AZ

Nağd ödəsən endirim var, kartla yoxdur - Mağazaların yeni oyunu

Bəzi mağazalarda nağd ödənişə tətbiq edilən endirimlərin kartla ödəniş zamanı keçərli olmaması müştərilər arasında narazılıq doğurur.

Day.Az xəbər verir kiI, bu hal xüsusilə elektronika və mebel mağazalarında daha çox müşahidə olunur. 

Mağazaların kartla ödənişə maraq göstərməməsinin səbəbi nədir?  Bu, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilərmi? 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Milli.Az-a açıqlamasında bildirib ki, insanları nağd ödənişə məcbur etmək, istehlakçının seçim hüququnu məhdudlaşdırmaq təkcə istehlakçı hüquqlarının pozulması deyil, eyni zamanda Azərbaycan hökumətinin nağdsız ödənişlərə keçidlə bağlı qəbul etdiyi qərar və siyasətlərin açıq şəkildə sabotaj edilməsidir. Bu, dövlət siyasətinə zidd və yolverilməz bir haldır.

E.Hüseynov qeyd edib ki, bütün satış və xidmət obyektlərində POS-terminallar olmalı, nağdsız ödənişlərin genişləndirilməsi prosesinə həm biznes subyektləri, həm də istehlakçılar dəstək verməlidirlər:

"İnsanların nağd ödənişə yönləndirilməsi vergidən yayınmaya şərait yaradır və hökumətin mühüm sosial siyasətlərindən biri olan ƏDV-nin tətbiqi ilə bağlı qərarların icrasına mane olur".

Onun sözlərinə görə, bəzi hallarda satıcıların "kartdan karta", şəxsi kartlara köçürmə tələb etməsi də dövlətin vergi siyasətinin pozulması hesab olunur:

"İstehlakçılar bu cür ödəniş üsullarından imtina etməli, belə obyektlərdən alış etməməlidirlər".

Qeyd edib ki, istehlakçılar bu kimi hallarla qarşılaşdıqda Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 012 599 76 00 nömrəli telefon vasitəsilə məlumat verə bilərlər:

"Bu cür hallar qanun pozuntusu olmaqla yanaşı, istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır və yolverilməzdir".

Seçilən
30
3
day.az

10Mənbələr