ain.az, Banco.az saytına istinadən bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
"Nvidia" süni intellekt startapı "Groq" ilə lisenziyalaşdırma müqaviləsi imzaladığını açıqlayıb.
Banco.az xəbər verir ki, razılaşma Nvidia-nın süni intellekt mərkəzli şirkətlərə yönəlik investisiyalarını genişləndirmək strategiyasının bir hissəsi kimi dəyərləndirilir.
Süni intellekt üçün yüksək performanslı çiplərin aparıcı istehsalçısı olan "Nvidia" bu addımla həm AI infrastruktur ekosistemindəki mövqeyini gücləndirməyi, bazarında liderliyini qorumağı hədəfləyir.
2016-cı ildə qurulan "Groq" sentyabr ayında 6,9 milyard dollar dəyərində 750 milyon dollar investisiya cəlb edib. Şirkət bu vəsaiti məlumat mərkəzi imkanlarını artırmaq üçün istifadə etməyi planlaşdırır.
Razılaşmaya əsasən, Groq-un baş direktoru Conatan Ross və bir sıra yüksək vəzifəli rəhbərlər lisenziyalı texnologiyanın inkişafı və miqyasının artırılması məqsədilə "Nvidia" ilə əməkdaşlıq edəcəklər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.