AZ

Azərbaycanda 2 tamaşaya 40 mindən çox xərc çəkiləcək

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanın 2 teatrı tamaşalarına görə 100 min manat pul ayıracaq.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "Yeddi məhbusə anası" iki hissəli musiqili komediyası əsasında "Zal qızı Zalxa" adlı tamaşanın hazırlanmasına 22 min manat pul xərcləyəcək.

Mədəniyyət müəssisəsi həmçinin "Messenat" iki hissəli musiqili dram tamaşası üçün isə 60 min manata yaxın vəsait ayıracaq.

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı isə tamaşaların səhnələşdirilməsi üçün isə müxtəlif malların alınmasına görə 24 min manat xərcləyəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
olke.az

2Mənbələr