AZ

Arıqlamaq üçün yeni HƏB icad edildi - İnulst və infarktın da qarşısını alır

ABŞ-da piylənməyə qarşı mübarizədə inyeksiyasız alternativ gündəmə gəlib.

"Ölkə.az" xəbər verir ki, Məşhur Wegovy preparatının həb formasının klinik sınaqları müsbət nəticələr göstərib və istehsalçı şirkət Novo Nordisk bu məhsulun bazara çıxarılmasını planlaşdırır.

Klinik araşdırmaların nəticələrinə görə, maksimal 25 mq dozada preparatı qəbul edən iştirakçılar bir il ərzində bədən çəkilərinin 14–15 faizini itiriblər. Bildirilir ki, bu nəticə xüsusi pəhriz və intensiv idman proqramları olmadan əldə olunub. Aşağı dozada isə eyni effekt qeydə alınmayıb.

Preparatın ən aşağı dozasının qiyməti aylıq 149 dollardan başlayır. Effektiv hesab edilən 25 mq-lıq dozanın qiyməti isə hələ açıqlanmayıb.

Mütəxəssislər bildirirlər ki, həb yalnız çəki azalmasına deyil, həm də ürək-damar xəstəlikləri — infarkt və insult riskinin azalmasına müsbət təsir göstərib. Bu isə xüsusilə piylənmədən əziyyət çəkən insanlar üçün mühüm amildir.

Ən diqqətçəkən məqam isə odur ki, yeni forma iynələrdən qorxan və ya onlardan istifadə etmək istəməyən milyonlarla insan üçün real alternativ yaradır. ABŞ mediası yazır ki, əgər tənzimləyici qurumlardan yekun icazə alınarsa, satışlar 2026-cı ilin yanvarında başlaya bilər.

Qeyd edək ki, Wegovy və Ozempik eyni təsiredici maddəyə əsaslanır, lakin həb formasının bazara çıxması arıqlama dərmanları bazarında ciddi dönüş kimi qiymətləndirilir.(musavat.com)

Seçilən
50
1
olke.az

2Mənbələr