AZ

Xarici mənşəli xərc amillərinin inflyasiyanın dinamikasına təsiri əhəmiyyətli olub - AMB

Bakı. Trend:

2025-ci ildə də sabit və aşağı inflyasiya pul siyasətinin əsasməqsədi olub. Pul siyasəti monetar şərait vasitəsilə təsirgöstərməklə inflyasiyanın hədəf daxilində qalmasında mühüm roloynayıb.

Trend xəbərverir ki, bu barədə "Azərbaycan" qəzetində dərc edilən "AzərbaycanRespublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsasistiqamətləri barədə bəyanatı"nda bildirilib.

Qeyd edilib ki, 2025-ci ilin noyabrında 12 aylıq inflyasiya 5.5%olub. O cümlədən qida məhsulları, alkoqollu içkilər və tütünməmulatları üzrə illik 7.1%-lik inflyasiya qeydə alınmış,qeyri-qida məhsulları 2.5% bahalaşmışdır. Ödənişli xidmətlər üzrəillik qiymət artımı isə bu dövrdə 5.7% təşkil etmişdir. Tənzimlənənqiymətlərin, həmçinin kənd təsərrüfatı məhsullarının mövsümixarakter daşıyan qiymət dəyişimi nəzərə alınmadan hesablanan illikbaza inflyasiya noyabrda 4.8% təşkil etmişdir.

"Cari ildə inflyasiyaya bir sıra təklif və tələb amilləri təsiretmişdir. Xarici mənşəli xərc amillərinin inflyasiyanındinamikasına təsiri əhəmiyyətli olmuşdur. Qiymətləndirmələrə görə2025-ci ilin noyabr ayında ölkədə illik inflyasiyaya ticarəttərəfdaşlarındakı inflyasiya 2.87 faiz bəndi, nominal effektivməzənnə isə 0.38 faiz bəndi artırıcı təsir etmişdir. Dövr ərzindədaxili təklif (kənd təsərrüfatı istehsalçı qiymətləri və s.) vətələb (ev təsərrüfatlarının istehlakı, dövlət istehlakı və s.)amillərinin də inflyasiyaya təsiri ümumilikdə artırıcı olmuşdur", -məlumatda vurğulanıb.

Seçilən
30
az.trend.az

1Mənbələr